İsa bulağında restoran işlədən şirkət müflis oldu


“İsa Bulag Catering Sevices” MMC (VÖEN – 8600230101) müflis olduğu üçün ləğv edilib.
Yeniavaz.com
xəbər verir ki, “İsa Bulag Catering Sevices” MMC 10 iyul 2024-cü ildə dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 10 manat olan MMC “Şuşa rayonu, Zəfər, ev, giriş 30” ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Quliyev Fuad Yunis oğludur.
Hazırda dövlət büdcəsinə də 1 260 manat 40 qəpik vergi borcu olan MMC ötən il Xarici İşlər Nazirliyi ilə   satınalma müqaviləsi imzalayıb. Müqavilənin şərtlərinə görə “İsa Bulag Catering Sevices” MMC nazirliyin sifarişi əsasında diplomatik xidmət orqanlarının rəhbərlərinin Şuşa şəhərində IX müşavirəsinin keçirilməsi ilə əlaqədar 9 iyul tarixində İsa bulağında ziyafət yeməyi təşkil edib qarşılığında 26 min 400 manat alıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top