Deputat tıxaca görə iclasa gecikdi: “Dözülməz həddə çatıb”


“İclasa ilk dəfə gecikdiyim üçün üzr istəyirəm, amma şəhərdəki tıxacları hələ də çözə bilməyənlər vətəndaşlardan üzr istəməlidir”.
Yeniavaz.com
“Qafqazinfo”ya istinadla xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini Arzuxan Əlizadə bildirib.
“Tıxaclar dözülməz həddə çatıb. Bu məsələni diqqətə almaq lazımdır. Gecikmələr xüsusilə iş yerlərində işçi ilə rəhbərlik arasında problemlərə səbəb olur”, - deputat qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top