Xəzərdə batanlar Aviasiya Akademiyasının tələbələri imiş... – Video


Xəbər verdiyimiz kimi, sentyabrın 19-u Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 2 nəfər dənizdə nəzarətsiz ərazidə batıb.
Yeniavaz.com
Xəzər TV-yə istinadla xəbər verir ki, həmin gün 3 qrup yoldaşı çimərliyə gedib.
Onlardan ikisi – Elmin Əmrəliyev və Əlipaşa Əlizadə dənizə daxil olduqdan sonra gözdən itib. Onların batdığını görən dostu isə aidiyyəti üzrə məlumat verib.
Yaxınlarının sözlərinə görə onlar bir həftə olar ki, yataqxanada birlikdə qalırmışlar.
Qeyd olunub ki, qrup yoldaşları Milli Aviasiya Akademiyasının 2-ci kurs tələbələri imiş.
Daha ətraflı:

DİGƏR XƏBƏRLƏR

Top