“Çənlibel” restoranının işçisi: “Mənə televiziya da heç nə edə bilməz” – Video


Yeni Günəşlidə yerləşən “Çənlibel” ailəvi restoranından ərazidə yaşayan vətəndaşlar şikayətçidirlər.
Yeniavaz.com
xəbər verir ki, sakinlərin sözlərinə görə, axşam saatlarında restorandan gələn yüksək səs onların rahatlığını pozur, evdə dincəlməyə və yatmağa imkan vermir.
“Yüksək səsli musiqidən şikayətçiyik. Gecə saat 23:00–00:00-da yüksək səslə mahnı açırlar. Evdə yatmaq, istirahət etmək olmur. Baxmırlar, yaşlısı var, cavanı var”, – şikayətçilərdən biri Baku TV-yə bildirib.
Restoran əməkdaşı isə məsələyə münasibət bildirərkən deyib: “Səs verib buraları dağıtmamışam. Bu mahnı səsinə sən mənə heç nə eləyə bilməzsən. Mən xod vermək istəsəm, yenə də verəcəyəm. Mənə televiziya da heç nə edə bilməz”.

DİGƏR XƏBƏRLƏR

Top