Kanadada məscidə hücum edən şəxsə qarşı ittiham irəli sürülüb

Kanadanın Kvebek şəhərində məscidə hücum edən şəxsə qarşı ittiham irəli sürülüb. “AFP” agentliyinin verdiyi xəbərə görə, 27 yaşlı Aleksandr Bisonet qəsdən adam öldürməkdə təqsirli bilinir. Hazırda hüquq-mühafizə orqanları A. Bisonetə qarşı terrorçuluq daxil olmaqla, digər ittihamların da irəli sürülməsi məqsədi ilə müvafiq tədbirlər görür. Xatırladaq ki, Kanadada məsciddə 6 nəfərin ölümü ilə nəticələnən silahlı insident terror aktı kimi qiymətləndirilib. Hadisə zamanı həmçinin 8 nəfər yaralanıb, onlardan 5-i ağır vəziyyətdədir.APA

DİGƏR XƏBƏRLƏR

Top