“Asiyada əvvəlki Amerika nizamı çöküb, yeni regional nizam yaratmaq lazımdır” - Qalibaf


ABŞ öz öhdəliklərini yerinə yetirməsə və Tehranın şərtləri qəbul edilməsə İran əvvəlki danışıqlar formatına qayıtmayacaq.
Yeniavaz.com
“Mehr” agentliyinə istinadən xəbər verir ki, İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bu barədə parlamentdəki çıxışı zamanı danışıb.
O, həmçinin Hörmüz boğazının açılmayacağını deyib. Onun sözlərinə görə, İran xalqının qanuni hüquqları tanınmalı və ABŞ üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.
Parlament sədri bildirib ki, İranın diplomatik mövqeyi aydındır və müzakirə mövzusu deyil. O qeyd edib ki, Tehranın şərtləri vasitəçilər vasitəsilə qarşı tərəfə çatdırılıb.
Qalibafın sözlərinə görə, İran müharibə ilə danışıqları bir-birini istisna edən variantlar kimi görmür. O, ölkəsinin hərbi əməliyyatlarla yanaşı diplomatik fəaliyyətini də davam etdirməli olduğunu vurğulayıb.
İran parlamentinin sədri həmçinin bildirib ki, əldə olunan hərbi nəticələr diplomatik yollarla möhkəmləndirilməli, ölkənin çəkindirmə imkanları gücləndirilməlidir.
Qalibaf çıxışında Qərbi Asiyada əvvəlki Amerika nizamının çökdüyünü və region ölkələrinin yeni regional nizam yaratmalı olduğunu da deyib.

DİGƏR XƏBƏRLƏR

Top