
Məlum olduğu kimi, mənzil bazarını qiymətləndirmək üçün istifadə olunan göstəricilərdən biri də kapitalizasiya müddətidir.
Yeniavaz.com xəbər verir ki, bu göstərici mənzilin qiymətinin illik kirayə gəliri ilə neçə ilə geri qayıtdığını göstərir.
Məsələn, bir mənzil 120 min manata satılırsa və həmin mənzilin illik kirayə gəliri 6 min manatdırsa, kapitalizasiya müddəti 20 il olur.
Məlumat üçün bildirək ki, məşhur “Numbeo” platformasının açıqladığı son məlumatda Bakıda daşınmaz əmlakın kapitalizasiya müddəti şəhər mərkəzində 18,5 il olaraq göstərilir. Tbilisidə bu rəqəm 16, İrəvanda isə 17,8 təşkil edir.
Mərkəzi Asiya ölkələrinə nəzər saldıqda, Bişkekdə bu göstərici 13,6, Astanda isə 11,2 olaraq göstərilir.
Keçmiş SSRİ və qonşu ölkələr arasında kapitalizasiya müddəti aşağıdakı kimi olub:

Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz