Sobyanin Moskvaya edilən ən böyük dron hücumunun dəf edildiyini bildirib


Moskva meri Sergey Sobyanin bildirib ki, son 24 saat ərzində paytaxta edilən ən böyük pilotsuz təyyarə hücumlarından biri dəf edilib.
Yeniavaz.com
“Kommersant” qəzetinə istinadən xəbər verir ki, Sobyaninin sözlərinə görə, əvvəlki gündən etibarən müxtəlif istiqamətlərdə 1600-dən çox pilotsuz uçuş aparatı (PUA) məhv edilib. Onlardan təxminən 450-si Moskva şəhərinə yaxınlaşarkən zərərsizləşdirilib.
Mer hücumun seçkiləri pozmaq məqsədilə planlaşdırıldığını düşündüyünü bildirib. Onun sözlərinə görə, bu məqsədə nail olunmayıb.
Hücum nəticəsində Moskva Neft Emalı Zavodunun ərazisindəki obyektlərdən birinə ziyan dəyib. Bundan başqa, paytaxtın cənubunda yerləşən Orexovı bulvarı yaxınlığındakı binaya da pilotsuz təyyarə zərbəsi endirib.
Moskva vilayətində PUA hücumlarının 17 şəhər rayonunu əhatə etdiyi bildirilib.
Hakimiyyət orqanları hücum nəticəsində iki nəfərin öldüyünü, altı nəfərin isə yaralandığını açıqlayıb.
Pilotsuz təyyarə hücumları səbəbindən Moskvanın dörd hava limanında – Domodedovo, Vnukovo, Şeremetyevo və Jukovskidə uçuşlarla bağlı əməliyyatlar müvəqqəti olaraq məhdudlaşdırılıb. Moskvaya eniş edə bilməyən 30-dan çox reys digər şəhərlərdəki hava limanlarına yönləndirilib.

DİGƏR XƏBƏRLƏR

Top