
Bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur.
Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Naftalan, Tərtər, Oğuz, Mingəçevir, Şəki (Kişçay), Qax (Sarıbaş), Quba, Qusar, Ağdam, Goranboy, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Kəlbəcər, Gəncə, Göygöl, Daşkəsən, Şahdağ, Gədəbəydə arabir leysan xarakterli yağış yağır, şimşək çaxır.
“Göygöl rayonuna saat 13:05-13:08 radələrində diametri 0.3 mm olan dolu düşüb”, - məlumatda deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz