İranla müharibədə ölən ABŞ hərbçilərinin sayı Pentaqonun açıqladığından çoxdur?


İranla müharibədə həlak olan amerikalı hərbçilərin sayı Pentaqonun açıqladığı rəsmi statistikadan çox ola bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Washington Post”a müsahibə verən və ABŞ Müdafiə Nazirliyinin daxili məlumatlarından xəbərdar olan altı rəsmi şəxs bildirib.
Onların sözlərinə görə, müharibənin əvvəlindən bəri ən azı 22 hərbçi həlak olub.
Bu, Pentaqonun açıq məlumat bazasında göstəriləndən dörd nəfər çoxdur.
Qəzetin beş mənbəsi ən azı 22 ölüm faktı barədə məlumat verib. Altıncı rəsmi şəxs isə 23 rəqəmini açıqlayıb və dəqiqləşdirib ki, bütün ölümlər birbaşa hərbi əməliyyatlarla bağlı deyil.
“Söhbət həmçinin münaqişə zamanı Yaxın Şərqdə olan hərbçilərdən gedir. Onun sözlərinə görə, həmin müddətdə ABŞ ordusunun üç müqaviləli əməkdaşı da həlak olub”, - nəşr yazır.
ABŞ müdafiə naziri Pit Heqset nəşrin məlumatını təkzib edib.
“Bu, iyrəncdir və yalandır. Tamamilə yalandır”, – deyə o, “X” sosial şəbəkə heesabında yazıb.

DİGƏR XƏBƏRLƏR

Top