
2011–2012-ci illərdə Yaponiyanın Baş naziri vəzifəsini icra etmiş Yoşihiko Noda Çiba prefekturasındakı Minami-Funabaşi stansiyasının qarşısında təkbaşına bukletlər paylayarkən lentə alınıb.
Yeniavaz.com ölkə mətbuatına istinadla xəbər verir ki, 69 yaşlı Noda səhər saatlarında stansiyadan istifadə edən sərnişinlərə bukletləri şəxsən təqdim edib.
Bukletlərdə təbii fəlakət sığortası, uşaqlar üçün müavinətlər və prefektura islahatları kimi yerli məsələlər əks olunub.
Görüntülərdə diqqətçəkən məqam o olub ki, sərnişinlərin əksəriyyəti keçmiş Baş nazirə əhəmiyyət vermədən onun yanından keçib gedib. Bununla belə, bəzi vətəndaşlar Nodayı tanıyıb, salamlaşmaq üçün baş əyib və onun təqdim etdiyi bukleti götürüblər.
Tətbiqimizi yükləyə bilərsiniz