Özgür Özəl vətəndaşa qarğış etdi: “Allah sənə lənət eləsin” – Video


Türkiyənin aparıcı müxalifət partiyası YENİ Partiyanın lideri Özgür Özəl ondan narazılıq edən vətəndaşa qarğış edib.
Yeniavaz.com
xəbər verir ki, hadisə Özəlin Bursaya səfəri zamanı baş verib.
Belə ki, vətəndaşın “3600 əlavə göstəricidəki ədalətsizliyi niyə dilə gətirmirsiniz?” sualına Özəl, “Allah sənə lənət eləsin” deyə cavab verib.
Qeyd edək ki, “3600 əlavə göstərici” (3600 ek gösterge) dövlət qulluqçularının əməkhaqqı və xüsusilə pensiya hüquqları ilə bağlı tətbiq olunan xüsusi göstərici sistemidir. Bu sistem bəzi vətəndaşlar tərəfindən narazılıqla qarşılanır.

DİGƏR XƏBƏRLƏR

Top