Trampa Rusiya ilə bağlı geniş səlahiyyətlərin verildiyi qanun qəbul edildi – Təfərrüat


ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaları genişləndirən və ona Rusiya enerjisini almağa davam edən ölkələrə tarif tətbiq etmək üçün əlavə səlahiyyət verən qanun imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, sənəd Rusiya neft və qazının əsas alıcıları olan ölkələrdən gələn mallara 100%-ə qədər gömrük rüsumlarının tətbiq edilməsinə imkan verir.
“Lindsey O. Graham Rusiya və İran Sanksiyaları Qanunu” kimi tanınan qanun layihəsi ABŞ Nümayəndələr Palatası tərəfindən təsdiqləndikdən iki gün sonra, 18 sentyabrda imzalanaraq qüvvəyə minib. Qanun layihəsi 262-159 səslə qəbul edilib.
Qanun Rusiyanın siyasi və hərbi rəsmilərinə, eləcə də Rusiyanın hərbi sənayesini təchiz etməsinə və ya mövcud məhdudiyyətləri aşmasına kömək edən xarici təşkilatlara və şəbəkələrə qarşı yeni sanksiyalar nəzərdə tutur.
Məlumata görə, burada diqqət, xüsusilə sanksiyaları aşaraq Rusiya neftini daşımaq üçün istifadə edilən “kölgə donanması” adlanan tankerlərə yönəldilib.
Sənədin ən əhəmiyyətli müddəalarından biri ABŞ Prezidentinin Rusiya enerji resurslarını alan ölkələrlə bağlı əlavə səlahiyyətləridir. Belə ki, Tramp onlara 100%-ə qədər tarif tətbiq edə, həmçinin hansı ölkələrin məhdudiyyətlərə məruz qalacağını və tariflərin nə qədər tətbiq olunacağını müəyyən edə biləcək. Bu cür tədbirlərin potensial hədəfləri arasında Rusiya neftinin ən böyük alıcıları olan Çin və Hindistan da var.
Eyni zamanda, qanun ABŞ prezidentinə müəyyən ölkələri fərdi sanksiyalardan müvəqqəti olaraq azad etmək üçün geniş səlahiyyətlər verir.

DİGƏR XƏBƏRLƏR

Top