Ən etibarlı pikaplar – Siyahı


Mütəxəssislər hansı pikapların ən azı 250 000 mil (təxminən 400 000 km) məsafə qət etmə ehtimalının ən yüksək olduğunu müəyyən ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat “iSeeCars”ın hesabatında öz əksini tapıb.
Məlumata görə, orta hesabla, pikaplar üçün bu ehtimal 11,1%-dir və ilk 10 yerdən doqquzu ağır yüklər üçün nəzərdə tutulmuş ağır yüklü modellərə aiddir.
Siyahıda “Ram 3500” birinci yerdə qərarlaşır: demək olar ki, hər üç pikapdan biri (31,9%) bu həddi keçir. Bu, orta göstəricidən 2,9 dəfə yüksəkdir və kateqoriyada ən yaxşı nəticədir.
Tam ölçülü “Toyota Tundra” 28,2%-lə ikinci yerdə qərarlaşır. Üçüncü yerdə 26,2%-lə “GMC Sierra 3500HD” gəlir.
Orta ölçülü “Toyota Tacoma” isə 25%-lə dördüncü yeri tutur ki, bu da orta göstəricidən 2,2 dəfə yüksəkdir.
Beşinci yerdə “GMC Sierra 2500HD” (17.2%) qərarlaşır. Onun ardınca “Ford F-350 Super Duty” (15.1%) və “Ford F-450” (14.9%) gəlir (Altıncı və yeddinci yerlər).
Səkkizinci yeri “Ram 2500” (14.3%), doqquzuncu yeri isə “Chevrolet Silverado 2500HD” (14.1%) tutur.
İlk onluğu tək kuzovlu orta ölçülü “Honda Ridgeline” (13.7%) tamamlayır.

DİGƏR XƏBƏRLƏR

Top