Çində iki yerlik “UNO” satışa çıxarıldı


Çinin İu şəhərində UNO formalı qeyri-adi elektrik təyyarəsi satışa çıxarılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sohu” portalı məlumat verib.
Portalın məlumatına görə, təyyarəyə iki nəfərə qədər sərnişin yerləşə bilər və əsasən qısa, aşağı hündürlükdə uçuşlar üçün nəzərdə tutulur.
Təyyarə disk formalı gövdəyə və şəffaf sferik kabinəyə malikdir.
Onun konstruksiyasında karbon lifindən və aviasiya alüminiumdan istifadə edilir, həmçinin, pərləri qoruyucu kanalların içərisində yerləşir.
Aparat su da daxil olmaqla, uçuş-enmə zolağı olmadan şaquli qalxma və enmə qabiliyyətinə malikdir.
İstehsalçı təyyarəni avtopilot sistemi ilə təchiz etdiyini, həmçinin, təyyarənin 5 bala qədər külək müqavimətinə malik olduğunu iddia edir.
Maksimum uçuş hündürlüyü təxminən 30 metr, uçuş müddəti isə 15 dəqiqəyə qədərdir.
Aparatın qiyməti 800 min yuana və ya təxminən 120 min dollara qədərdir.
Təyyarə artıq Çin Mülki Aviasiya İdarəsindın istismar üçün xüsusi icazə alıb.
Lakin, onun uzun məsafəli uçuşlar üçün deyil, əsasən aşağı hündürlükdə turizm marşrutlarında və nümayişlər üçün istifadə edilməsi planlaşdırılır.
 

DİGƏR XƏBƏRLƏR

Top