
Böyük Britaniyanın Rusiyadakı müvəqqəti işlər vəkili Deyni Dolakiya Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya XİN-dən məlumat verilib.
Nazirlikdə diplomata Londonun Kiyevə PUA və digər silah sistemlərinin təchizatının davamlı olaraq artırılması ilə əlaqədar etiraz bildirilib.
Rusiya tərəfi Böyük Britaniyanın Ukrayna münaqişəsi ilə bağlı mövqeyini qarşıdurma hesab etdiyini və onu daha da uzatmağa və gərginləşdirməyə xidmət etdiyini bildirib.
Britaniya tərəfi həmçinin Kiyevə göstərilən hərbi dəstək nəticəsində beynəlxalq öhdəliklərin pozulması barədə məlumatlandırılıb.
Rusiya Xarici İşlər Nazirliyi xüsusilə qeyd edib ki, Rusiya özünümüdafiə hüququ çərçivəsində zəruri cavab tədbirləri görmək hüququnu özündə saxlayır.
Nazirlik bildirib ki, Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə edilən Ukraynadakı istənilən Britaniya hərbi obyektləri qanuni hədəf hesab ediləcək.
Rusiya XİN qeyd edib ki, vəziyyətin gələcək mümkün əlverişsiz inkişafına görə bütün məsuliyyət Londonun üzərinə düşür.
Tətbiqimizi yükləyə bilərsiniz