
Azərbaycanın Əməkdar artisti, tanınmış diktor Sevda Saleh Məmmədzadə vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun qızı Gültən Ramazanova “Facebook” sosial şəbəkə səhifəsində məlumart verib.
95 yaşlı Sevda Saleh müalicə aldığı Nizami Tibb Mərkəzində dünyasını dəyişib.
Qeyd edək ki, Sevda Saleh Məmmədzadə sentyabrın 1-də koma vəziyyətində reanimasiyaya yerləşdirilmişdi. Ona baş-beyin qan dövranının hər iki beyin yarımkürəsində kəskin işemik tipli pozulması, ürəyin işemik xəstəliyi və səyirici aritmiya diaqnozları təyin olunmuşdu.
Tətbiqimizi yükləyə bilərsiniz