Fransada tanınmış jurnalist vəfat etdi: Makronun xanımının kişi olduğunu iddia edirdi


Fransanın birinci xanımı Bricit Makronun cinsiyyəti ilə bağlı araşdırma aparan və onun kişi olduğunu iddia edən jurnalist Nataşa Rey vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist Ksavye Pussar “X” sosial şəbəkə səhifəsində məlumat verib.
“13 sentyabrda xərçəngdən dünyasını dəyişən Nataşa Reyin vəfatını dərin kədərlə öyrəndik”, - o bildirib.
Qeyd edək ki, sentyabrın 13-də Reyin Paris Apelyasiya Məhkəməsində Fransa Prezidentinin həyat yoldaşı Bricit Makrona qarşı böhtan iddiasını qazandığı bildirildi. Belə ki, 2021-ci ildə Nataşa Rey “YouTube” platformasında yaydığı bir videoda həyat yoldaşından 24 yaş böyük olan Bricit Makronun kişi doğulduğunu, cinsiyyətini dəyişdiyini və əsl adının Jan Mişel Tronye olduğunu iiddia etmişdi. Fransa Prezidentinin həyat yoldaşı cavab olaraq onu məhkəməyə vermişdi. 2024-cü ilin sentyabrında Paris məhkəməsi Nataşa Rey və onun çıxış etdiyi “YouTube” kanalının sahibi Delfin Jequssin 13,5 min avro məbləğində cərimə edilməsi barədə qərar çıxarmışdı.

DİGƏR XƏBƏRLƏR

Top