Pakistanda cümə namazı vaxtı partlayış – Ən azı 16 nəfər öldü


Pakistanın Xayber Paxtunxva əyalətinin Kohat şəhərində məscid yaxınlığında baş verən partlayış nəticəsində ən azı 16 nəfər ölüb, ən azı 50 nəfər yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Geo TV” telekanalı yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.  
İlkin məlumatlara görə, partlayıcı maddələrlə dolu avtomobildə olan kamikadze Xüsusi Polis İdarəsinin darvazalarına çırpılıb.
Ölənlər arasında beş polis əməkdaşı da var. Partlayış məscidin divarının bir hissəsinin uçmasına və yaxınlıqdakı binalara ziyan görməsinə səbəb olub.
Məscidin polis idarəsinin yaxınlığında yerləşdiyi bildirilir.
Partlayışdan sonra polislə silahlı terrorçular arasında atışma baş verib. Polisin məlumatına görə, yeddi terrorçu kompleksə daxil olub. Sonrakı əməliyyat zamanı hücum edənlərdən altısı öldürülüb.
Atışma zamanı polis idarəsinin binasının yaxınlığında ikinci partlayış baş verib. Yaralılar xəstəxanalara aparılıb. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.
Hadisə yerində xilasedicilər işləyir.

DİGƏR XƏBƏRLƏR

Top