Daha iki küçədə avtobus zolağı təşkil edilir


Bakıda daha iki küçədə avtobuslar üçün xüsusi hərəkət zolaqları təşkil edilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Məluamata görə, metro xətlərinin ayrılması layihəsi çərçivəsində artan sərnişin tələbatı nəzər alınaraq avtobuslarla sərnişinlərin rahat, maneəsiz və vaxt itkisinə məruz qalmadan daşınması üçün Mirzəağa Əliyev və Abdulla Şaiq küçələrində xüsusi hərəkət zolaqları yaradılır.
Hər iki yol sahəsində zolaqların eni standartlara uyğunlaşdırılmaqla avtobuslar üçün əlavə zolaq təşkil edilir.
Hazırda bu küçələrdə nişanlanma xətləri çəkilir. Müvafiq yol nişanları quraşdırılmaqla zolaqlar qüvvədə olacaq.

DİGƏR XƏBƏRLƏR

Top