
Son bir ildə Azərbaycanda məktəbyaşlı (15–17 yaş arası) qızlar arasında abort etdirənlərin sayı azalsa da, abort etdirən qadınların ümumi sayı artıb.
Yeniavaz.com açıqlanan sonuncu rəsmi məlumatlara istinadən xəbər verir ki, məktəbyaşlı qızlar arasında abortların sayı 2024-cü illə müqayisədə ötən il 8,3% azalaraq 72-dən 66-ya düşüb.
Qadınlar arasında ümumi abortların sayı isə son bir ildə 21,9% artaraq 78 min 245-dən 95 min 344-ə yüksəlib.
Məlumat üçün bildirək ki, bu, rekord göstərici hesab olunur. Daha əvvəl Azərbaycanda bu sayda abort qeydə alınmayıb.
Məktəbyaşlı qızlar arasında abortların sayı isə ən yüksək səviyyəyə 2010-cu ildə çatıb – 158 abort.
Müqayisə üçün son 18 ildə qeydə alınan abortların sayını təqdim edirik:

Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz