Türkiyədə restoranda atışma olub: Hadisədə Demet Akalın xəsarət alıb

Türkiyədə məşhur restoranların birində atışma olub. "Yeniavaz.com" Türkiyə mətbuatına istinadən bildirir ki, hadisə İstanbulun Beykoz rayonunda baş verib. İlkin məlumata görə, silahlı şəxs atasını öldürdüyünü iddia etdiyi şəxsə atəş açıb. Atəşə səslərindən təşvişə düşən restorandakı digər müştərilər izdihama səbəb olublar.Nəticədə bir çox insan yaralanıb. Silahlı şəxs polisə təslim olub, onun vurduğu şəxs isə xəstəxanada həyatını itirib.

Restoranda Türkiyənin məşhur müğənnilərindən Demet Akalın da olub. Şəxsi "Tvitter" hesabənda hadisə ilə bağlı status yazan müğənni izdiham nəticəsində əlini əzdiyini, bir çox insanın isə şüşü qırıntılarından yaralandığını qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top