
İlon Maskın təsisçisi və rəhbəri olduğu “Neuralink” şirkəti tərəfindən beyninə çip implantasiya edilmiş danışma qabiliyyəti olmayan şəxs həyat yoldaşına “Səni sevirəm” deyib.
Yeniavaz.com xəbər verir ki, həmin anları əks etdirən kadrlar şirkətin rəsmi sosial media hesablarında yerləşdirilib.
“Neuralink” cihazları tədqiqat mərhələsindədir və müvafiq tənzimləyici qurumlar tərəfindən təsdiqlənməyib. Bu videoda klinik sınaqlarda könüllü iştirak edənlər öz şəxsi təcrübələrini bölüşürlər; bu təcrübələr bütün iştirakçıların vəziyyətini və ya gələcək nəticələri əks etdirməyə bilər”, - şirkətin məlumatında deyilir.
Qeyd edək ki, çip elektron hesablama sistemləri yaratmaq üçün istifadə olunan elektron modul, yaxud mikrosxemə verilən addır. “Neuralink” sözü isə neural - sinir, link - əlaqə sözlərinin birləşməsindən meydana gəlib və mənası sinir sistemi ilə yaradılan əlaqə deməkdir.
”Neuralink” adlı startap şirkəti insanlar üzərində təcrübələr aparmaq üçün 2019-cu ildə müvafiq qurumlara müraciət edib. Bu interfeys (iki elementin qarşılıqlı təsirini təmin edən qovuşma nöqtəsi) nevroloji problemləri olan şəxslərə telefonlarını və kompüterlərini öz düşüncələri ilə idarə etməyə kömək edir.
Tətbiqimizi yükləyə bilərsiniz