
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) orta aylıq əməkhaqqı əsasında 37 ölkədə işçilərin ümumi maaşı, tutulmalar və vergilərdən sonra əldə etdikləri xalis gəliri müqayisə edib.
Yeniavaz.com xəbər verir ki, ən yüksək xalis aylıq əməkhaqqı İsveçrədədir.
Burada orta aylıq ümumi əməkhaqqı təxminən 10 min 112 dollar, tutulmalardan sonra işçinin əldə etdiyi məbləğ isə 8 min 282 dollardır.
İkinci yerdə İslandiya qərarlaşıb. Bu ölkədə xalis aylıq gəlir təxminən 5 min 873 dollar təşkil edir. Lüksemburqda isə göstərici 5 min 13 dollardır.
Böyük Britaniya, Niderland və ABŞ-də da orta xalis əməkhaqqı 4 min 600 dollardan yuxarıdır.
Siyahının aşağı hissəsində isə Meksika və Kolumbiya yer alır. Meksikada orta xalis aylıq gəlir 795 dollar, Kolumbiyada isə 649 dollardır.
Qeyd edək ki, Azərbaycan OECD-nin bu müqayisəsinə daxil olan 37 ölkə arasında yer almayıb. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2025-ci ildə Azərbaycanda orta aylıq nominal əməkhaqqı 1 102,9 manat və ya mövcud məzənnə ilə 649 dollar olub. Qeyri-neft dövlət sektorunda işləyən bir işçinin əməkhaqqı üzərindən hesablandıqda, işçinin maaşından ümumilikdə 187,1 manat və ya 110 dollar tutulur. Bunun 14%-ini (126,4 manat) gəlir vergisi, 3%-ini (33,1 manat) Məcburi Dövlət Sosial Sığorta Fonduna ayırmalar, 2%-ini (22,1 manat) icbari tibbi sığorta, 0,5%-ini (5,5 manat) isə işsizlikdən sığorta haqqı təşkil edir.

Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz