Müharibə veteranları və gənclərlə iş sahəsində fərqlənənləri mükafatlandırılıb

Prezident İlham Əliyev Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı üzvlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycanın ictimai həyatında səmərəli fəaliyyətinə və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsinlər:

Qritçenko Aleksandr Aleksandroviç
Səttarova Fatma Hüseyn qızı

Prezident İlham Əliyev Azərbaycanda gənclərlə iş sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycanda gənclərlə iş sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Rəşidova Vüsalə Nazim qızı

“Tərəqqi” medalı ilə

Cəfərov Müşfiq Cəfər oğlu

Əhmədov Yalçın Talverdi oğlu

Zeynalova Ülviyyə Tamerlan qızı.

DİGƏR XƏBƏRLƏR

Top