
Bakıda yol hərəkətinin təşkilinə qanunsuz müdaxilə edən şəxslər saxlanılıb.
Yeniavaz.com “Xəzər TV”yə istinadla xəbər verir ki, hadisəni törədən şəxslər kameraya düşüblər.
Belə ki, sözügedən şəxslər Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində nəqliyyatın intensiv hərəkət etdiyi yolda dönmənin qadağan olunduğu yerə boya ilə müdaxilə edərək düz xətti qırıq-qırıq xəttə “çeviriblər”.
Kimliyi polis əməkdaşları tərəfindən müəyyən edilən sözügedən şəxslər saxlanılıblar.
Onların yaşadıqları əraziyə qısa yolla dönmək üçün bu addımı atdıqları bildirilir.
Daha ətraflı:
Tətbiqimizi yükləyə bilərsiniz