
Çeçenistan Təhlükəsizlik Şurasının katibi Adam Kadırovun seçkilər ərəfəsində ölkədəki vəziyyətlə bağlı məlumatı atası – respublikanın rəhbəri Ramzan Kadırova çatdırmasını əks etdirən kadrlar müzakirələrə səbəb olub.
Yeniavaz.com xəbər verir ki, onun məlumatı üzündən oxuması və bu zaman nitqinin anlaşılmaması diqqət çəkib.
Həmin kadrlar sosial mediada yayılıb və tənqid olunub.
Sözügedən görüntüləri təqdim edirik:
Qeyd edək ki, polis leytenantı olan 19 yaşlı A. Kadırov, həmçinin Çeçenistan Respublikası rəhbərinin təhlükəsizlik xidmətinin rəhbəri, Müdafiə Nazirliyi və Milli Qvardiya batalyonları üzrə kurator və Çeçenistan Qəhrəmanıdır.
Tətbiqimizi yükləyə bilərsiniz