Süni intellektlər bu dəfə öz dillərini yaratdılar


Süni intellekt (AI) modelləri ünsiyyət üçün ingilis dilinin öz versiyasını yaradıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Guardian” qəzeti “Emergence Lab” süni intellekt laboratoriyasının tədqiqatçılarına istinadla məlumat verib.
Məlumata görə, süni intellekt tərəfindən yaradılan dil irland modernist yazıçısı Ceyms Coysun metaforaları ilə texniki jarqonların qarışığına bənzəyir.
Təcrübə zamanı bir neçə böyük şirkətin muxtar süni intellekt agentləri eksperimental “cəmiyyətlər” daxilində qruplaşdırılıb və onlardan bir-biriləri ilə qarşılıqlı ünsiyyətdə olmaları tələb edilib.
Cəmi bir neçə gün ərzində modellər xüsusi olaraq istifadə etmək üçün təlim keçmədikləri halda öz ifadələrindən, ixtisarlarından və mənalarından istifadə etməyə başlayıblar.
Tədqiqatçılar bildiriblər ki, ünsiyyət inkişaf etdikcə süni intellekt modelləri poetik metaforaları və mürəkkəb biznes terminologiyasını birləşdirərək, getdikcə daha mürəkkəb və insanlar üçün anlaşılması çətin olan ünsiyyət forması yaradıblar.
Tədqiqatçılar hesab edirlər ki, bu tendensiya daha güclü süni intellekt sistemlərinin davranışını idarə etməyi daha da çətinləşdirə bilər.
Araşdırmada “DeepSeek”, “Anthropic” və “Mistral” kimi müxtəlif süni intellekt şirkətlərinin modelləri iştirak edib.
Qeyd edək ki, sentyabrın 14-də “OpenAI” texnologiya şirkətinin direktoru Sem Altman bəşəriyyətin süni intellekt üzərində nəzarəti itirə biləcəyini, ya da fərdlərin, şirkətlərin və ya dövlətlərin əlində həddindən artıq güc cəmləşməsi üçün şərait yarada biləcəyini bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top