“Hörümçək Adam” “Ulduz müharibələri”nin rekordunu vurdu


“Hörümçək Adam: Yeni Gün” ABŞ-də bütün dövrlərin ən çox gəlir gətirən filmi olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Variety” jurnalı məlumat yayıb.
Məlumata görə, film nümayiş olunduğu 47 gün ərzində 936,7 milyon dollar gəlir gətirərək, əvvəlki rekordçu “Ulduz müharibələri: Güc oyanır” filmini (936 milyon dollar) geridə qoyub.
Həmçinin, “Hörümçək Adam” dünya miqyasında 2,45 milyard dollar gəlir gətirərək indiyə qədər ən çox gəlir gətirən üçüncü film olub.
Bu siyahıda ilk yeri “Avatar” (2,9 milyard dollar) filmi tutur. Siyahının ikincisi isə “Qisasçılar: Son oyun” (2,7 milyard dollar) filmidir.
İlk beşliyə, həmçinin, “Avatar: Su yolu” (2,3 milyard dollar) və “Titanik” (2,2 milyard dollar) filmləri daxildir.
“Hörümçək Adam: Yeni Gün” filminin rejissoru “Şanq-Çi və on üzük əfsanəsi” filmi ilə tanınan Destin Deniel Krettondur.

DİGƏR XƏBƏRLƏR

Top