Almaniya səfiri İran XİN-ə çağırıldı


İran Xarici İşlər Nazirliyi Almaniyanın Tehrandakı səfiri Aksel Vilhelm Ditmanı alman rəsmilərinin “qəbuledilməz bəyanatlar verməsi” və diplomatik missiyanın İranın daxili işlərinə müdaxilə etməsi ilə əlaqədar nazirliyə çağırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Məlumata görə, rəsmi etirazı səfirə İran XİN rəhbərinin köməkçisi və Qərbi Avropa departamentinin direktoru Əlirza Yusifi təqdim edib.
Görüş zamanı İran tərəfi Almaniya kansleri Fridrix Mertsin Tehrana qarşı səsləndirdiyi əsassız iddiaları rədd edib və Berlinin regional proseslərə “əsassız yanaşmasına” qarşı kəskin etirazını bildirib.
İran tərəfi Almaniya rəhbərliyinin hazırkı siyasətinin dərhal nəzərdən keçirilməsinin və korreksiya edilməsinin zəruriliyini qeyd edib.
Yusifi həmçinin Almaniyanın İsrailə silah və siyasi dəstəyini tənqid edib.
Almaniya diplomatik missiyasının rəhbəri İran tərəfinin etirazını ölkəsinin hökumətinə çatdıracağını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top