Rusiya 252, Ukrayna 23 meyit təhvil verdi – Növbəti mübadilə


Rusiya Dövlət Dumasının deputatı və hərbi əməliyyatlar üzrə parlament koordinasiya qrupunun nümayəndəsi Şamsail Saraliyev RBK-ya bildirib ki,
Rusiya və Ukrayna həlak olan hərbçilərin meyitlərinin növbəti mübadiləsinin həyata keçiriblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı və hərbi əməliyyatlar üzrə parlament koordinasiya qrupunun nümayəndəsi Şamsail Saraliyev RBK agentliyinə bildirib.
Onunu sözlərinə görə, əsir mübadiləsi Belarus-Ukrayna sərhədindəki Novaya Quta keçid məntəqəsində baş tutub.
Rusiya həlak olan 252 hərbçinin, Ukrayna isə 23 hərbçinin meyitini təhvil verib.
Ukrayna Koordinasiya Qərargahı da mübadiləni təsdiqləyərək, Beynəlxalq Qırmızı Xaç Komitəsinin meyitlərin qaytarılmasına kömək etdiyini bildirib.
Qeyd edək ki, Rusiya və Ukrayna həlak olan hərbçilərin meyitlərini sonuncu dəfə bir aydan bir az əvvəl  13 avqustda mübadilə ediblər. Mübadilə çərçivəsində Rusiya tərəfinə 24, Ukrayna tərəfinə isə 261 cəsəd təhvil verilib.
Təxminən bir həftə sonra, 19 avqustda əsir mübadiləsinin yeni mərhələsi baş tutub: hər iki tərəf 103 hərbçini geri qaytarıb. Mübadilə, bu gün olduğu kimi, Qomel bölgəsindəki Novaya Quta keçid məntəqəsində baş tutub.
Daha sonra 24 avqustda Rusiya və Ukrayna Belarus ərazisində öz ölkələrinin on vətəndaşını mübadilə ediblər.

DİGƏR XƏBƏRLƏR

Top