
ABŞ-nin Nyu-York şəhərində quraşdırılacaq yeni ictimai tualetlərə 10 dəqiqəlik vaxt limiti qoyulacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə şəhərin meri Zöhran Mamdani mətbuat konfransında hakimiyyət orqanlarının bu cür yerlərdə narkomaniyaya və evsizliyə qarşı necə mübarizə apardığı ilə bağlı sualına cavab olaraq bildirib.
Pilot layihə çərçivəsində şəhər üzrə ümumilikdə 17 modul tualet quraşdırılacaq.
Onlar səhər saat 7:00-dan axşam saat 22:00-dək açıq olacaq. Tualetlərdən istifadə etmək üçün xüsusi tətbiq və ya kart tələb olunacaq.
“Bu tualetlərdə müəyyən müddətdən sonra işıqlar yanıb-sönməyə başlayacaq”, - deyə Mamdani qeyd edib.
Onun sözlərinə görə, çoxsaylı xəbərdarlıq və bildirişlər yekunlaşdıqdan və 10 dəqiqəlik müddət başa çatdıqdan sonra qapılar avtomatik olaraq açılacaq.
Tətbiqimizi yükləyə bilərsiniz