Gürcüstan İranla hava əlaqəsini dayandırdı


Gürcüstan İranla hava əlaqəsini dayandırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib.
O, Gürcüstanın İrana qarşı beynəlxalq sanksiyalara qoşulduğunu və ölkə ilə hava nəqliyyatını dayandırdığını qeyd edib.
Buna səbəb ABŞ-nin İran aviaşirkətlərinə qarşı sanksiyalar tətbiq etməsi olub.
“Gürcüstan həmişə bu və ya digər ölkəyə tətbiq edilən sanksiya rejimlərini nəzərə alır. Biz həmçinin İranla bağlı müvafiq qərar qəbul etdik və İqtisadiyyat Nazirliyi bu məsələ ilə bağlı bəyanat yaydı”, - Kobaxidze qeyd edib.
Buna baxmayaraq, o, Gürcüstanın İrana qarşı heç bir ikitərəfli sanksiya tətbiq etmədiyini bildirib. “Biz mövcud beynəlxalq sanksiyalar rejiminə uyğun hərəkət edirik”, - Baş nazir əlavə edib.
Onun sözlərinə görə, bu yanaşma Rusiyaya münasibətdə də tətbiq olunub.
“Bu, bizim ümumi siyasətimizdir: biz qonşu ölkələrə qarşı ikitərəfli sanksiyalar tətbiq etmirik, lakin beynəlxalq sanksiya rejimlərini nəzərə alırıq”, - Kobaxidze bildirib.
Qeyd edək ki, ABŞ-nin Maliyyə Nazirliyi 8 sentyabrdan etibarən İranın 27 aviaşirkətinə qarşı sanksiyalar tətbiq edib.

DİGƏR XƏBƏRLƏR

Top