
İsveçin Baş naziri Ulf Kristersson hakim koalisiyanın parlament seçkilərindəki məğlubiyyətindən sonra istefa verib.
Yeniavaz.com xəbər verir ki, o bu barədə “X” sosial şəbəkə səhifəsində bildirib.
Kristersson istefa ərizəsini parlament sədrinə təqdim edib.
“İndi yeni hökumətin formalaşdırılmasında sonrakı addımlara rəhbərlik etmək parlament sədrindən asılıdır”, - o, bildirib.
Qeyd edək ki, 13 sentyabrda keçirilən seçkilərdə müxalifət mərkəz-sol bloku (İsveç Sosial Demokrat Leyborist Partiyası, Sol Partiya, Yaşıllar Partiyası, Mərkəz Partiyası) hakim sağ-liberal alyansa (Mötədil Koalisiya Partiyası, Liberal Partiya, Xristian Demokratlar Partiyası, İsveç Demokratları Partiyası) qarşı az fərqlə qalib gəlib.
Belə ki, 48,9%-ə qarşı 49,5% səs tolayan mərkəz-sol bloku parlamentdə 173 yerə qarşı 176 yer qazanıb.
Tətbiqimizi yükləyə bilərsiniz