Messi “İnter Mayami”də 100-cü qolunu vurdu – MLS-də yeni rekord


“İnter Mayami”nin hücumçusu Lionel Messi MLS tarixində klubu üçün bütün turnirlərdə 100 qol vuran ən sürətli oyunçu olub.
Yeniavaz.com
xəbər verir ki, Messi 100-cü qolunu Çempionlar Kuboku matçında Meksikanın “Krus Asul” komandasına qarşı oyunda vurub.
100 qolu vurmaq üçün Messiyə 115 oyun lazım olub.
“İnter Mayami” “Krus Asul”u 2-0 hesabı ilə məğlub edərək kuboku qazanıb.
Messi oyunda 1 qol vurub və 1 məhsuldar ötürmi edib.
Qeyd edək ki, Amerikanın “İnter Mayami” klubuna keçməzdən əvvəl Messi Fransanın “Pari Sen Jermen” və İspaniyanın “Barselona” klublarında oynayıb. Onlarla birlikdə Messi dörd dəfə Çempionlar Liqasını, üç dəfə UEFA Super Kubokunu və Klublararası Dünya Kubokunu qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top