
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla görüşəcək.
Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ-nin Ankaradakı səfiri Tom Barrak məlumat verib.
Məlumata görə, görüş Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda baş tutacaq.
Ərdoğan gələn həftə sessiyanın işində iştirak etmək üçün Nyu-Yorka gedəcək.
Qeyd edək ki, sessiya sentyabrın 8-dən 28-dək davam edəcək.
Xatırladaq ki, iki lider sonuncu dəfə Ankarada keçirilən NATO Zirvə Toplantısında görüşmüşdülər.
Tətbiqimizi yükləyə bilərsiniz