
Türkiyənin “Trabzonspor” klubu yeni baş məşqçisini elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, alman mütəxəssis Tomas Raysla klubun yeni baş məşqçisi olub.
O, bu postda Fatih Tekkeni əvəz edib.
52 yaşlı mütəxəssislə bu gün müqavilə imzalanacaq. Müqavilənin təfərrüatları barədə məlumat verilməyib.
Qeyd edək ki, Tomas Rays əvvəllər Türkiyənin “Samsunspor” klubuna rəhbərlik edib. Onun son iş yeri Bolqarıstanın “Ludoqorets” klubu olub.
Xatırladaq ki, “Trabzonspor” Superliqada 5 turdan sonra 7 xalla 9-cu yerdədir.
Tətbiqimizi yükləyə bilərsiniz