
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti seçkilərdə yenidən prezidentliyə namizəd olacaq.
Yeniavaz.com “BirGün”ə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidentinin Baş müşaviri Mehmet Uçum Türkiyə Mətbuat Federasiyasında cari məsələlərlə bağlı danışarkən açıqlayıb.
O bildirib ki, seçkilərin 16 aprel 2028-ci ildə keçiriləcəyini gözləyir.
Uçum bu tarixin rəmzi əhəmiyyət daşıdığını, çünki Prezident Hökumət Sisteminə keçidlə bağlı referendumun ildönümünə təsadüf etdiyini qeyd edib.
O, Ərdoğanın mövcud sistem çərçivəsində sonuncu dəfə prezidentliyə namizəd olacağını deyib.
Tətbiqimizi yükləyə bilərsiniz