
Yardımlı stansiyasından 23km cənub-şərqdə Lerik rayonunda zəlzələ qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, 3,1 maqnitudalı yeraltı təkan yerli vaxtla 16:03-də, 19 km dərinlikdə baş verib.
Zəlzələ hiss olunmayıb.
Tətbiqimizi yükləyə bilərsiniz