
Dövlət Radiotezliklər İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi “Qala Sığorta” ASC (VÖEN – 1700066901) olub.
Yeniavaz.com xəbər verir ki, “Qala Sığorta” ASC Dövlət Radiotezliklər İdarəsinin əməkdaşları üçün könüllü tibbi sığorta xidmətini təqdim edəcək.
Bildirilir ki, Radiotezliklər İdarəsi ümumilkdə 180 əməkdaşın könüllü tibbi sığorta xidməti üçün “Qala Sığorta”ya 67 min 500 manat ödəyəcək.
Açıqlanan məlumatdan da göründüyü kimi, bir əməkdaş üçün ödəniləcək tibbi sığorta haqqı 375 manat olacaq.
Qeyd edək ki, “Qala Sığorta” ASC 15 yanvar 1999-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 milyon 17 min 788 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Nizami küçəsi, ev 96-da yerləşir. ASC-nin qanuni təmsilçisi Allahverdiyev Fuad Kamran oğludur.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz