
Bu ilin ilk 8 ayında Azərbaycanda 1 929 ədəd minik avtomobili istehsal edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə minik avtomobillərinin istehsalı 16,5% azalıb.
Bundan başqa, ötən il ölkədə 597 ədəd yük avtomobili istehsal olunub və ötən ilin analoji dövrü ilə müqayisədə bu göstərici 2,7 dəfə artıb. Avtobus istehsalı isə 44,5% artaraq 224 ədədə çatıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz