
Ermənistanın Baş naziri Nikol Paşinyan rus dilindən kursa gedir.
Yeniavaz.com “Sputnik”ə istinadla xəbər verir ki, o bunu dövlət qulluqçularının fəaliyyətinin yaxşılaşdırılmasına görə mükafatlandırılması haqqında qanun layihəsinin müzakirə olunduğu hökumət iclasında açıqlayıb.
“Mən hazırda Dövlət İdarəçilik Akademiyasında rus dili dərslərində iştirak edirəm. Kim istəsə, yapon, çin, ispan və ya alman dillərini öyrənmək üçün müvafiq dərslərdə iştirak edə bilər”, - baş nazir bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz