
11 sentyabr 2026-cı il tarixində Böyük Britaniyanın paytaxtı Londonda “Car Conceptor Ltd” adlı yeni şirkət qeydiyyata alınıb.
Yeniavaz.com Böyük Britaniyanın müvafiq qurumları tərəfindən açıqlanan məlumata istinadən xəbər verir ki, yeni şirkət “10-16, Tiller Road, 14/2e Docklands Business Center, London, United Kingdom, E14 8PX” ünvanında qeydiyyata alınıb.
“Car Conceptor Ltd” şirkətinin təsisçisi və direktoru 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Rövşən Xudaverdiyev olub. Şirkət poçtla sifariş və ya internet vasitəsilə pərakəndə satış sahəsində fəaliyyət göstərəcək.
Qeyd edək ki, Rövşən Xudaverdiyev Azərbaycanın aparıcı şirkətlərindən biri olan “Adel Holdinq”in tərkibində fəaliyyət göstərən “Adel Consulting” MMC-nin (VÖEN – 1404099491) qanuni təmsilçisi olub. O, bu ilin avqust ayının 14-dən “Adel Consulting” MMC-nin qanuni təmsilçiliyini Şəbnəm Səlimovaya təhvil verib.
Məlumat üçün bildirək ki, 2006-cı ildən fəaliyyət göstərən “Adel Holdinq”in tərkibində “Adel Consulting” MMC-dən başqa “Adel Media” MMC (VÖEN – 1703788071), “Adel Academy” MMC (VÖEN – 1703748831), “Adel Qiymətləndirmə” MMC (VÖEN – 1703843001), “Bakı Hərrac Mərkəzi” MMC (VÖEN – 1403337411), “AZE ECO Baku” MMC (VÖEN – 1803337451) kimi şirkətlər fəaliyyət göstərib.
Onu da qeyd edək ki, “Adel Holdinq”in İdarə Heyətinin sədri və bu şirkətlərin təsisçisi Xaliq Qurbanovdur. Xaliq Qurbanov eyni zamanda Azərbaycan Təhsil Cəmiyyətinin sədr müavinidir.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz