Gələn il müdafiə xərcləri 1,1, kənd təsərrüfatı xərcləri 13,2 faiz artacaq – Siyahı


2027-ci il üçün 42 milyard 400 milyon manat (ÜDM-in 30,1 faizi) həcmində proqnozlaşdırılan dövlət büdcəsi xərclərinin 26 milyard 400 milyon manatının və ya 62,3 faizinin cari xərclərə, 13 milyard 800 milyon manatının və ya 32,5 faizinin əsaslı xərclərə, 2 milyard 200 milyon manatının və ya 5,2 faizinin dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönələcəyi proqnozlaşdırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu məlumat Maliyyə Nazirliyinin açıqladığı “2027-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama” sənədində yer alıb.
Funksional təsnifat üzrə 2027-ci ildə ümumi dövlət xidmətləri üzrə xərclərinə 5 milyard 506,3 milyon manat (xüsusi çəkisi 13 faiz), müdafiə və milli təhlükəsizlik üzrə xərclərə 8 milyard 816,4 milyon manat (xüsusi çəkisi 20,8 faiz), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclərinə 3 milyard 433,6 milyon manat (xüsusi çəkisi 8,1 faiz), təhsil xərclərinə 5 milyard 98,2 milyon manat (xüsusi çəkisi 12,0 faiz), səhiyyə xərclərinə icmal büdcədə 3 milyard 962.8 milyon manat, o cümlədən dövlət büdcəsindən 2 milyard 82,6 milyon manat (xüsusi çəkisi 4,9 faiz), sosial müdafiə və sosial təminat üzrə xərclərinə 4 milyard 916 milyon manat (xüsusi çəkisi 11,6 faiz), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə 645,2 milyon manat (xüsusi çəkisi 1,5 faiz), mənzil və kommunal təsərrüfatı üzrə xərclərinə 335 milyon manat (xüsusi çəkisi 0,8 faiz), kənd təsərrüfatı üzrə xərclərinə 1 milyard 379,5 milyon manat (xüsusi çəkisi 3,3 faiz), ətraf mühitin mühafizəsi üzrə xərclərinə 438,7 milyon manat (xüsusi çəkisi 1 faiz), iqtisadi fəaliyyət xərclərinə 8 milyard 891 milyon manat (xüsusi çəkisi 21 faiz), əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərclərinə isə 857,6 milyon manat (xüsusi çəkisi 2 faiz) vəsait yönəldilməsi proqnozlaşdırılır.
2027-ci ildə dövlət büdcəsinin kəsiri 3 milyard 166 milyon manat proqnozlaşdırılır ki, bunun da 2 milyard 751 milyon manatının (86,9 faiz) borclanma, 275 milyon manatının (8,7 faiz) vahid xəzinə hesabının qalığı və 140 milyon manatının (4,4 faiz) özəlləşmədən daxilolmalar hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.
Məlumat üçün onu da qeyd edək ki, 2026–2027-ci illərin dövlət büdcəsi xərclərinin müqayisəsinə görə, ən böyük artım iqtisadi fəaliyyət xərclərində olacaq – 13,17 faiz. Kənd təsərrüfatı xərcləri 12,48 faiz, ətraf mühitin mühafizəsi xərcləri isə 5,51 faiz artacaq. Ən böyük azalma əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərclərdə olacaq – 51,07 faiz. Ümumi dövlət xidmətləri üzrə xərclər isə 0,21 faiz azalacaq.
Cədvəldə 2026–2027-ci illərin dövlət büdcəsi xərcləri müqayisə olunub:


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top