
İqtisadiyyat Nazirliyi tərəfindən bu ilin avqust ayında təqdim olunan proqnozlara əsasən, baza ssenaridə neftin bir barelinin orta illik ixrac qiymətinin 2027-2030-cu illər üzrə 65 ABŞ dolları olacağı fərz edilib.
Yeniavaz.com xəbər verir ki, bu məlumat Maliyyə Nazirliyinin açıqladığı “2027-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində yer alıb.
Proqnozlara əsasən 2027-ci ilin sonuna ÜDM-in həcmi 141 milyard manat, o cümlədən qeyri-neft-qaz ÜDM-i 109,1 milyard manat təşkil edəcək. 2030-cu ildə isə ÜDM-in 169,1 milyard manata, qeyri-neft-qaz ÜDM-in isə 138,6 milyard manata çatacağı proqnozlaşdırılır.
Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,3 faiz, qeyri-neft-qaz ÜDM-in isə 4,4 faiz olacağı proqnozlaşdırılır. 2030-cu ildə ÜDM-in tərkibində qeyri-neft-qaz sektorunun payının 82 faizə çatacağı gözlənilir.
Bu il üzrə 5,7% proqnozlaşdırılan orta illik inflyasiyanın tədricən azalaraq 2030-cu ildə 4,3% olacağı gözlənilir.
İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2027-2030-cu illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində götürülüb.
Proqnozlara əsasən ortamüddətli dövrdə əhalinin gəlirlərinin 2030-cu ildə 137,1 milyard manata, xərclərinin isə 134,1 milyard manata qədər yüksəlməsi gözlənilir.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz