Gələn ilin dövlət büdcəsində xərclərin gəlirlərdən daha çox artacağı proqnozlaşdırılır


2027-ci ildə dövlət büdcəsinin gəlirləri 39 milyard 234 milyon manat proqnozlaşdırılır ki, bu da 2026-cı ilin təsdiq olunan göstəricisi ilə müqayisədə 625 milyon manat və yaxud 1,6 faiz, 2025-ci ilin icra göstəriciləri ilə müqayisədə 49,4 milyon manat və yaxud 0,1 faiz çoxdur.
Yeniavaz.com
xəbər verir ki, bu məlumat Maliyyə Nazirliyinin açıqladığı “2027-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama” sənədində yer alıb.
Bildirilir ki, növbəti ildə dövlət büdcəsinin xərcləri 2026-cı ilin təsdiq olunan göstəricisi ilə müqayisədə 696,4 milyon manat və ya 1,7 faiz artım ilə 42 milyard 400 milyon manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin icra göstəriciləri ilə müqayisədə 3 milyard 795,4 milyon manat və yaxud 9,8 faiz çoxdur.
2027-ci ildə dövlət büdcəsinin kəsiri 2026-cı ilin təsdiq olunan göstəricisi ilə müqayisədə 71,4 milyon manat və ya 2,3 faiz çox olmaqla 3 milyard 166 milyon manat (ÜDM-də xüsusi çəkisi 2,2 faiz olmaqla) proqnozlaşdırılır.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top