Vacib məlumat yenə qeyri-iş saatlarında paylaşıldı – Nazirlik ənənəsinə sadiq qaldı


Maliyyə Nazirliyi 2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair məlumatları təqdim edib.
Yeniavaz.com
xəbər verir ki, nazirlik ötən il oduğu kimi bu il də məlumatları qeyri-iş saatlarında açıqlayıb.
Belə ki, ölkə ictimaiyyəti və mətbuat üçün böyük əhəmiyyət kəsb edən məlumat dünən – 16 sentyabr tarixində saat 20:09-da Maliyyə Nazirliyinin rəsmi veb-saytında yerləşdirilib. 21 dəqiqədən sonra isə bu məlumat (16 sentyabr, 20:34) nazirliyin sosial şəbəkə hesabında paylaşılıb. 55 dəqiqə sonra (16 sentyabr, 21:25) isə nazirliyin mətbuat xidmətinin rəhbəri Mais Piriyev icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair məlumatları sosial şəbəkə profilində yerləşdirib.
Məlumat üçün bildirək ki, ötən il 2026-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair məlumatlar ictimaiyyətə daha gec saatlarda təqdim edilmişdi. Belə ki, həmin məlumat 15 sentyabr 2025-ci il tarixində saat 23:09-da Maliyyə Nazirliyinin rəsmi veb-saytında yerləşdirilmiş, 1 saat 15 dəqiqədən sonra isə bu məlumat (16 sentyabr, 00:24) nazirliyin sosial şəbəkə hesabında paylaşılmışdı.
Məlumat üçün bildirək ki, digər nazirliklərdə olduğu kimi, Maliyyə Nazirliyində də əsas iş vaxtı saat 9:00-dan 18:00-a qədər davam edir. 2026-cı il sentyabrın 15-dən isə Bakı və ətraf ərazilərdə yerləşən dövlət orqanlarında sınaq olaraq 17:00, 18:00 və 18:30-a kimi üç dəyişkən iş rejimi tətbiq edilir. Bu səbəbdən nazirliyin bu cür əhəmiyyətli məlumatı iş saatında deyil, qeyri-iş saatlarında paylaşması insanlar tərəfindən birmənalı qarşılanmır.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top