Bu ölkə vətəndaşlarına kitab oxumaq üçün pul ödəyəcək


Sinqapur hakimiyyəti vətəndaşlara gündə 15 dəqiqəlik kitab oxumaq üçün pul ödəmək qərarına gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Independent” qəzeti məlumat verib.
Məlumata görə, şəhər-dövlət “dumskrollinq”lə (bədbin xəbərləri fasiləsiz izləmə vərdişi) mübarizə aparmaq və ölkənin oxu mədəniyyətini gücləndirmək üçün beş illik milli proqrama başlayıb.
“ReadSG” kampaniyası Milli Kitabxana Şurası tərəfindən start götürüb.  
İştirakçılara proqramın veb saytına və ya mobil tətbiqinə daxil olmaq və hər gün ən azı 15 dəqiqə oxumaq tövsiyə olunur.
Layihənin veb saytında deyilir ki, bu, üç metro dayanacağına minmək, avtobus gözləmək və ya səhər qəhvənizi içmək üçün lazım olan vaxtla təxminən eynidir.
“Kiçik anlar böyük hekayələr yaradır. Gündə 15 dəqiqə oxumağın təsirini kəşf edin!” - layihənin veb saytında bildirilir.
Milli Kitabxana Şurasının prezidenti Melissa Tam isə uzunmüddətli oxunun diqqəti, tənqidi düşüncəni və təxəyyülü gücləndirdiyini bildirir.
“Nəticədə, biz getdikcə daha mürəkkəb bir dünyada öz yolunu tapa bilən diqqətli, düşüncəli və təxəyüllü oxuculardan ibarət bir millət istəyirik”, - Milli Kitabxana Şurasının prezidenti qeyd edir.
Layihəyə görə, iştirakçılar ən azı 15 dəqiqə oxumaq üçün 20 virtual sikkə qazanacaqlar. Hər 1000 sikkə üçün isə iştirakçılar bir dollar alacaqlar.

DİGƏR XƏBƏRLƏR

Top