Muzeydə "Reinkarnasiya"

Azərbaycan Milli İncəsənət Muzeyində gənc rəssamların sənət əsərlərindən ibarət "Reinkarnasiya" adlı rəsm sərgisi açılıb. Sənət ocağının 80 illik yubileyi çərçivəsində təşkil olunan sərgi Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşıb. Bəri başdan qeyd edək ki, muzeyin fəaliyyətində yenilik olan növbəti innovativ layihədə müasir Azərbaycan rəssamlarının muzeyin qızıl fonduna daxil olan və stasionar ekspozisiyada təqdim edilən məşhur rəssam və heykəltəraşların əsərləri əsasında yaratdıqları reinkarnasiya (ruhun yenidən qayıdışı) olunmuş avanqard üslublu əsərlər nümayiş olunur. Vernisajda rəssamlar Elşən Sərxanoğlu, Məmməd Rəşidov, Vüqar Quliyev, Aydın Əsgərov, Elşən Karaca, Emin Qəhrəmanov tərəfindən təqdim olunan 15-dək rəngkarlıq və 5 heykəltəraşlıq əsəri yeni interpretasiyada, müasir baxış kontekstində sərgilənir. Əsas kimi götürülən əsərlərin müəllifləri arasında dünya incəsənətinin Yan Stik, İvan Ayvazovski, Jan Fraqonar, Smitri Antonelli, Pyotr Vereşagin, Cozef Bernar və Fransua Larşe kimi klassikləri və dünya təsviri incəsənətinin digər görkəmli nümayəndələri vardır.

DİGƏR XƏBƏRLƏR

Top