
May ayının sonundan bəri Fransada üç isti hava dalğası zamanı təxminən 8 min ölüm hadisəsi qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Agence France-Press” (AFP) agentliyi Fransa Milli Səhiyyə Agentliyinə istinadla məlumat verib.
Agentlik qeyd edib ki, bu ölümlərin hansı hissəsinin birbaşa yüksək temperaturdan qaynaqlandığını müəyyən etmək hələ mümkün deyil.
Məlumatlar ilkin olaraq qalır və bütün yay dövrünün təhlili başa çatdıqdan sonra yenidən nəzərdən keçirilə bilər.
Fransada istilik dalğaları üçün epidemioloji monitorinq mövsümü 1 iyundan 15 sentyabra qədər davam edir.
AFP-nin agentliyin rəsmi nümayəndəsi Qiyom Bulanjeyə istinadla verdiyi məlumata görə, 2026-cı ilin yayı tamamilə görünməmiş bir dövr olub və istilik dalğaları demək olar ki, davamlı olaraq baş verib.
O əlavə edib ki, istilik dalğaları adətən yayın təxminən 5%-ni təşkil edir, lakin bu il bu rəqəm xeyli yüksək olub.
“Meteo-France” agentliyinin məlumatına görə, 2026-cı ilin yayı Fransada 1900-cü ildə qeydiyyat başlayandan bəri ən isti yay olub və 2003 və 2022-ci illərin yaylarını geridə qoyub.
Tətbiqimizi yükləyə bilərsiniz